Ən ucuz yolla necə səyahət edə bilərəm?

Günümüzdə insanların bəlkədə yarısından çoxu hobbiləri arasında səyahət etmək olduğunu deyəcəkdir. Bəs bu səyahətləri etmək üçün yetərli büdcəyə sahib olduqlarını düşünürlərmi?

Əlbəttə səyahət etmək üçün ilk öncə ayağımızı yorğanımıza görə uzatmalı olduğumuzu düşünürük. İnternetdə hər hansı bir ölkəyə gedəcəyimiz haqqında məlumatlar araşdırırıq. Otel, təyyarə bileti, qidalanmaq üçün lazım olan qədər pulları hesabladığımız zaman bir çoxumuz həvəsdən düşürük. Hələ birdə gedəcəyimiz ölkənin dilini və ya heç ingilis dilini də bilmiriksə, o zaman vəziyyət həqiqətən acınacaqlı hal ala bilir.  Birdə getdiyimiz ölkədə taksidən istifadə etsək o zaman cibimizdə pul qalmayacaq deməkdir.

Lakin bu yazının məğzi də məhz ucuz yolla necə səyahət edə bilərik olacaqdır. Avropa, Amerika kimi ölkələrdən Azərbaycana gələn bir çox turistlər (tələbələr və ya az bir büdcə ilə səyahət edən şəxslər) Azərbaycana səyahət etməzdən əvvəl Azərbaycanın gəzməli görməli yerlərini, tarixi abidəıəri, ən ucuz harda qala biləcəklərini, nəqliyyat və qidalanmaq üçün lazım olacaq büdcəni hesablayaraq səyahətə çıxırlar. İndi isə sizə bunları başqa ölkələrə getdiyiniz zaman nələrdən istifadə edə bilərsiniz deyə aşağıda qeyd edəcəm.

  1. Xəritə –İlk olaraq gedəcəyiniz ölkənin xəritəsini araşdırın. Gedəcəyiniz yerləri seçin və dəftərinizə qeyd edin. Olacağınız şəhərin görəcəyiniz yerlər arasındakı məsafə və zaman dilimini də hesablasanız, sizin səyahətdə vaxtınızı sərfəli keçirəcəyinizə köməklik edəcəkdir. Getdiyiniz ölkələrdə xəritəyə ehtiyacınız olarsa “maps.me” progrmından istifadə edə bilərsiniz.
  2. Valyuta –Gedəcəyiniz ölkənin valyuta məzənnəsini yoxlayın və getdiyiniz zaman mütləq özünüz hesablama aparın. Avropada Polşa Çexiya kimi ölkələrdə pul dəyişərkən daha diqqətli olun. Panelin altında 22% vergi tutulacağına diqqət edin. Birsözlə hər şeyi hesablamadan pulunuzu dəyişib vərəqi imzalamayın.
  3. Nəqliyyat –Nəqliyyatdan istifadə qaydasını öncədən araşdırın. Bacardıqca taksidən istifadə etməyin, lakin edəcəksəniz də, UBER taksidən istifadə edin. Getdiyiniz şəhərdə 2-3 gün vaxt keçirəcək olsanız, avropa ölkələrinin bir çoxundan 2-3 günlük sərfəli biletlərdən alın. Bu sizə daha ucuza başa gələcək, əks təqdirdə hər dəfə avtobus və qatara minərkən yeni bilet almaq məcburiyyətində olacaqsınız. Avropa ölkələrinə səyahət etdiyiniz zaman şəhərlərarası, ölkələrarası “bla bla car” proqramından istifadə edərək ucuz bir yolla rahat səyahət edə biləcəksiniz.  Yeri gəlmişkən Azərbaycan nəqliyyatına görə dünyada ən ucuz ölkələrdən biridir.
  4. Qonaqlama- Əlbəttə hər insan getdiyi yerdə rahat gecələmək istəyər. Lakin bunun üçün otellərə 100-150 avrodan başlayan qiymətlər vermək məcburiyyətində deyilsiniz. Bunun üçün “booking.com” sayıtından istədiyiniz qiymətə hostellər və “airbnb.com” saytından isə ev kirayə edə bilərsiniz. Əsasən qiymətlər 10-20 avro arası dəyişməkdədir. Lakin əgər bu da sizin üçün çox olarsa pulsuz qalmaq üçün “couchsurfing.com” saytından qeydiyyatdan keçərək özünüzə pulsuz qala biləcəyiniz bir host tapa bilərsiniz.
  5. Qidalanma – Əgər tələbə isəniz qidalanmanın sizin üçün çox da böyük bir problem yaradacağını düşünmürəm. Lakin ümumiyyətlə hər hansı bir xarici ölkəyə səyahət etdiyiniz zaman çalışın həmin ölkənin milli yeməyindən dadın. Gedəcəyiniz restoranlari tripadvisor.com saytından yoxlaya bilərsiniz. Bundan başqa daha çox pul xərcləmədən necə qidalanacağınızı düşünsəniz supermarketlərdən ərzaq alıb hostel və ya evdə özünüz yemək hazırlaya bilərsiniz. Bu sizin üçün ən sərfəli bir seçim olacaqdır.

Bugünə qədər bunları bilmirdinizsə və səyahət etmirdinizsə, elə sabahdan tətil planları qurmağa başlayın. Çünki həyatı doya doya yaşamadığınız təqdirdə heç nəyin bir mənası qalmayacaqdır.

Anvar Mammadli

2 Replies to “Ən ucuz yolla necə səyahət edə bilərəm?”

  1. Hey webmaster
    When you write some blogs and share with us,that is a hard work for you but share makes you happly right?
    yes I am a blogger too,and I wanna share with you my method to make some extra cash,not too much
    maybe $100 a day,but when you keep up the work,the cash will come in much and more.more info you can checkout my blog.
    http://bit.ly/makemoneymethod2018
    good luck and cheers!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *