Azərbaycana səyahət

İnsan kəşf etməyə ilk olaraq, öz yaşadığı ölkədən başlamalıdır…

Təbii ki, bu fikir şəxsi fikrimdir, yəni bununla razılaşmaq və ya razılaşmamaq özünüzün verəcəyi bir qərardır. Niyə məhz öz yaşadığı yeri nəzərdə  tutdum buna aydınlıq gətirdikdən sonra Azərbaycandakı səyahətlə bağlı daha detaylı şəkildə davam edəcəm.

Bildiyimiz kimi Azərbaycanda yaşayan Azərbaycanlılar təxminən 10 milyona yaxındır, lakin dünyada isə bu rəqəm 50 milyona yaxın və hətta ondan çox da ola bilər. Və həmin insanlar ilk öncə öz yaşadıqları yeri kəşf etməklə öz səyahətlərinə davam edə bilərlər.

İndi isə Azərbaycana edilən səyahətlər və görüləcək yerlər, gecələmə və təamlar haqqında məlumatlardan bəhs edək. Bildiyimiz kimi Azərbaycan təbiiəti çox gözəl və 9 iqlim qurşağının olduğu bir ölkədir. Paytaxtı Bakı şəhəri olan Azərbaycana səyahət edərkən qarşılaşacağınız mənzərə bəlkədə dünyadakı bir çox şəhərlərini əksini özündə birləşdirdiyini görəcəksiniz.  Azərbaycanda yerli və xarici turistləri özünə cəlb edən şəhərlər və həmin şəhərlərdəki, istirahət yerləri və abidələrdir.

Azərbaycanda turistlərin ən çox ziyarət etdikləri şəhərlər və ən çox baş çəkdikləri yerlər:

Bakı. İçəri şəhər (Qız Qalası, Şirvanşah Sarayı),  Bakı Bulvarı, Funikulyor və Alov Qüllələri, (Əbədi Məşəl)  Heydər Əliyev adına Mədəniyyət Mərkəzi, Xalça Muzeyi, Qobustan qayaüstü rəsmlər və palçıq vulkanları, Nizami küçəsi.

Gəncə. Nizami Məqbərəsi, Xan Bağı, İmamzadə türbəsi, Alman Lüteran türbəsi, Gəncə qalası, Göygöl.

Şəki. Şəki Xan sarayı, Marxal, Kiş Alban Məbədi, Tarix Muzeyi, Karvansaray.

Quba və Qusar (Şahdağ və yaxın kəndlərdəki istirahət mərkəzləri)

İsmayıllı (Lahıc)  Qəbələ  (Tufandağ) Lənkəran, Naxçıvan, Naftalan və digər şəhərlərdəki tarixi və istirahət mərkəzləri də bunlara daxildir.

Azərbaycanda qonaqlama əsasən otellərdə 40-50 avrodan başlayan qiymətlərlə qarşılaşacaqsınız. Lakin hostel və airbnb dən istifadə etdiyiniz zaman 5-15 avro arası qiymətlərdə normal bir  hosteldə qala bilərsiniz. Nəqliyyat bu ölkədə çox ucuzdur. İstədiyiniz yerə 10 sentlə (20 qəpik) tək gedişlik gediş haqqı əldə edə bilərsiniz. Ümumilikdə 1 avroya( 2 AZN ) Baku ticket alaraq gün ərzində avtobus və qatardan istifadə edə biləcəksiniz. Yemək üçün normal bir restoranda 5-10 avroya ( 10-20 AZN) istədiyiniz yemekdən yeyə bilərsiniz. Azərbaycanın təamları dünyanın bir çox ölkələri arasında çox məhşurdur. Bunlardan süfrələrin bəzəyi olan “şah plovu”, dolmanı, ləvəngini, pitini dovğanı və digər yeməkləri misal çəkə bilərəm. Bundan başqa paxlava bir neçə şəhərdə öz hazırlanma tərzinə görə fərqlənir. Şəki, Quba, Gəncə və Bakı paxlavası növləri vardır.

Bir sözlə Azərbaycana səyahət etsəniz çox rahatlıqla həm gözəl vaxt keçirə biləcəksiniz. həm də səyahətiniz sizin üçün normal bir məbləğə başa gələcəkdir.

Ənvər Məmmədli

li

Leave a Reply

Your email address will not be published. Required fields are marked *