Budapeştə səyahət

Avqust ayında etdiyim səyahəti hələ indi vaxt tapdım yazmağa.

İlk olaraq qeyd etmək istərdim ki, əgər səyahət etmək istəyirsinizsə bunu bir müddət əvvəl planlaşdırsanız sizin üçün daha sərfəli olacaqdır.

İndi isə Avqust ayında baş tutan səyahətimdə getdiyim ilk ölkə haqqında danışmaq istərdim.

Macarıstan

Bir çox Azərbaycanlı tələbənin təhsil aldığı avropa ölkələrindən biri olan Macarıstanın relyefi daha çox düzənlik xarakterə malikdir. Orta Dunay ovalığı geniş bir sahəni əhatə edir. Şimalda dağlar az bir sahəni tutur və Macarıstanının iqlimi mülayim kontinentaldır. Belə əlverişli iqlimin olması və həmçinin geniş düzənlik sahələr və məhsuldar torpaqlar burada inkişafı üçün əlverişli imkan yaradır. Ölkə əhalisinin əksəriyyətini macarlar özləri təşkil edir, bunula yanaşı ölkədə qaraçılar, almanlar və slovaklar  əsilli insanlar digər etnik kökənli insanlardan daha çox üstünlük təşkil edir.

Budapeştdə ilk gün

Berlindən 12 avroya tapdığım təyyarə bileti ilə Budapeştə səhər 9  radələrində çatdım. Hava limanında eniş çox rahat oldu və heç çantalarımızı belə yoxlamadan çıxışa yaxınlaşa bildim. 8 avronu Macar froint (macarların pul vahidi)  dəyişdikdən sonra bilet alıb avtobusla şəhərin Mərkəzinə gəldim. Asanlıqla Hostelimi tapdım və 2 gecə üçün 30 avro ödədim. Hosteli çox bəyənməsəm də çox şanslı günümdə idim və 4 nəfərlik bir otaq olmasına rağmən 2 gecə boyunca tək qaldım.  İlk gün çox yorğun idim və günortayacan dincəldim və sonra couchsurfingdən hangout edərək bir qrup insan tapdım və onlarla birlikdə şəhərin dadını çıxarmaq qərarına gəldim. İlk getdiyimiz yer Gellert Hill oldu. Çox füsunkar bir gözəlliyi vardı şəhərin…

Image may contain: one or more people, people standing, sky, bridge, ocean, outdoor and water

Şəkildən də gördüyünüz kimi həqiqətən də getməyə dəyər.

Lakin hər bir yerin gözəllikləri olduğu kimi yaxşı olmayan cəhətləri də vardır. Budapeşti əsasən Bakıya bənzətdim. Mərkəzi küçələrinin səliqəli kənar keçələrin isə zibilli olması ən böyük bənzətmələrimdən biri oldu 🙂 Lakin digər avropa şəhərlərindən daha çox evsiz insanın olması diqqətimi cəlb etdi.

Budapeştdə 2 ci gün 

1 ci gün axşam ağır bir geçə həyatından və 1 ci günün yorğunluğunu atmaq üçün dincəldikdən sonra 2 ci gün olan planım Dunay çayında gəmi ilə səyahət oldu.  İlk getdiyim yer Parlament oldu və həqiqətən də Budapeştin də çox gözəl tarixi memarlıq abidələri var. Parlamentdən sonra gəmi səyahəti üçün sahilə yaxınlaşan bir gəmiyə yaxınlaşdım. Öncədən nəqliyyat üçün aldığım biletim olduğu üçün məndən gəmi üçün ekstra bir ücrət tələb etmədilər. Öncədən hazırlıqlı gedin 🙂 .

Duna çayı
Parlament Sarayı

Gəmi səyahətimdən sonra ilk işim Budapeştdə bir restoranda Macarıstana məxsus milli mətbəxi dadmaq oldu. Hungarikum Bisztro restoranına yaxınlaşdım və menyumu seçdim və cəmi 12 avroya həm macarlara məxsus sup, macar üsülu  qizartma və desert yeyə bildim.  Və həmin restoranda Amerikalı Johnla tanış oldum. Birlikdə Matthias kilsəsinə yollandıq. Gecələr Budapeşt bir başqa gözəl olurmuş.

Image may contain: 2 people, including Anvar Mammadli, people smiling, sky and close-up

Budaştdə 3 cü gün

Budapeştdə keçirdiyim son gündə şəhərin mərkəzinə və qədim şəhərə (oldtown) a yollandım. Artıq hosteldən ayrıldım çünki növbəti səyahət edəcəyim ölkə Xarvatiya idi. Getdiyim bir çox yerlərdə əsasən anı yaşamağı həmin zamandan zövq almağı üstün tutduğum üçün yadımda Budapeştdə gördüklərim arasında sadəcə 20 %ni sizlərlə bölüşürəm digər 80 % i isə mənim xatirələrimdə qaldı 🙂

Macar Əsgəri

 

Növbəti paylaşımım Zagreblə bağlı olacaq 🙂

Ənvər Məmmədli

Author: Anvar Mammadli

Hər birimiz uşaq vaxtlarımızdan ətrafımızı kəşf etməyə başlayırıq. İlk öncə toxunuruq, qoxlayırıq, dadırıq və bir müddət sonra isə yeni kəşflərin arxasıyca gedirik. Həyatımızı bir qayə üzərində qurub və şəkilləndiririk. Yeni bilgilər əldə edinirik və əlbəttə ki bununla yetinmirik. Daha çox oxuyuruq, daha çox öyrənirik. Lakin bir nöqtədən sonra oxuduqlarımız, öyrəndiklərimiz bizim üçün yetərli gəlmir və artıq ətrafımızı gəzərək daha çox məlumatlara sahib olacağımızı düşünüb yollara rəvan oluruq... Mən Azərbaycanın ən qədim şəhərlərindən biri olan Şəki şəhərində anadan olmuşam. Çox şanslı biri olduğumu düşünürəm, çünki 4 yaşımdan sonra sərbəstliyin nə olduğunu dadmışam. Ailəm hər zaman sərbəst olmağım üçün hər cür şəraiti yaradıb. Uşaqlığım dağlarda keçib. Kiçik yaşlarımda babamla, sonralar isə dostlarımla dağlarda olmuşam. Əlbəttə başqa rayonlara ailəmlə birlikdə gəzintilərə getmişəm. Ancaq daha da sərbəst vaxtlarım Universitetə qəbul olduqdan sonra başlayıb. Azərbaycanda sadəcə Naxçıvan və Qarabağda olmamışam. Bunu yazmağıma səbəb isə yeni yerlər kəşf etmək istəyən insanlardır, hansıki yeni yerlər, yeni ölkələr kəşf etmək istəyirlər. Məsləhətim ilk öncə öz vətəninizin hər bir qarış torpağında olmanızdır. Hər insan. hər bir yer sizin üçün yeniliklərə qapı açacaqdır. Lakin bir şeyi unutmayın "Carpe Diem" Latıncadan tərcümədə anı yaşamaqdır. Dünyanın harasında olursanız olun, lakin anı yaşamağı unutmayın.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *