Təkbaşına səyahət etməyin görünən və görünməyən cəhətləri

Hər bir insan fərqli bir yaradılışa, fərqli xüsusiyyətlərə sahibdir. Lakin insanlar kimi onların arzu və istəkləri də bəzi hallarda oxşar və fərqli ola bilir.  İnsanların əksəriyyətinin xobbisi olan səyahətin də bir neçə qrupları vardır. Bundan öncəki yazıdan da məlumdur ki, büdcəmizə uyğun səyahət planı çox önəmli faktorlardan biridir. Lakin bunlar bir yana, birçox insan səyahət edərkən hər hansı bir dostunun və yaxud ailəsi ilə birlikdə səyahət etməyi daha çox sevir.  Təbii ki, təkbaşına səyahət etməyi sevən insanlar da vardır. Üçüncü ehtimal olaraq isə hər iki halda səyahətdən zövq almağı bacarır.

İndi isə hər üç ehtimalı nəzərdən keçirək.

Biriləri ilə səyahət. Ailən və ya dostunla səyahət etməyin ən böyük avantajı sizin yanınızda güvənə bildiyiniz kiminsə olmasıdır. Əlbəttə güvən hissinin olması çox önəmli məsələlərdən biridir. Getdiyiniz hər hansı bir qonaqlama etdiyiniz bir yerdə  sərfəli bir qiymətlə qarşılaşacaqsınız. Məsələn dostunuzla hər hansı bir şəhərə səyahət etdiyiniz zaman uyğun bir hosteldə qaldığınz zaman 2 və ya 4 nəfərlik çarpayısı olan bir otaq sifariş edə bilərsiniz və hesabı birlikdə verdiyiniz təqdirdə büdcənizə qənaət etmiş olacaqsınız. Bu tip davranış yemək yediyiniz zaman və başqa əyləncələrdə də davamlı olacaqdır. Hətta nəqliyyatda belə sizin üçün çox uyğun olacaqdır.

Lakin, bu səyahətinizin görünməyən cəhətləri isə təkbaşına edəcəyiniz səyahətin üstün cəhətlərindən olacaqdır.  Görünməyən cəhətlərə gəldikdə isə, sizə bir tövsiyyə etmək istərdim. Səyahət etdiyiniz zaman yalnız güvənilir birisi deyil, həm də sizi çox yaxşı başa düşə bilən birisi olsun. Düşünün, hər hansı bir tarixi yeri ziyarət edirsiniz və siz artıq həmin yerdə qalmaqdan çox sıxılırsınız, lakin yanınzda olduğunuz insanı tək buraxa bilmirsiniz. Bundan əlavə, etdiyiniz səyahətlər əsnasında yeni dostlar tapmaq və onlarla birlikdə vaxt keçirmək ehtimalınız çox azdır.  Hələ birdə başqa bir millətdən olan bir dostunuzla səyahətə çıxırsınızsa, o zaman siz “culture shock” la qarşılaşa bilərsiniz.

Təkbaşına səyahət. Əslində ən çətin anlardan biridir də deyə bilərəm lakin ən əyləncəlisi və həqiqətən çox şey öyrənəcəyiniz bir səyahət olacağı kəsindir. İlk öncə tək olduğunuz üçün siz yeni dostlar tapmaq və onlarla birlikdə vaxt keçirmək istəyəcəksiniz. Əlbəttə bu zaman köməyinizə “couchsurfing” proqramı gələcəkdir. Getdiyiniz hər hansı bir şəhərdə bu proqram vasitəsilə yerli və ya xarici dostlar tapa bilərsiniz. Təkbaşına səyahət sizə daha çox diqqətli, tədbirli, özgüvənli və bütün çətinliklərin öhdəsindən gəlməyi öyrədəcəkdir. Lakin bir şeyi unutmayın etdiyiniz səyahətlər zamanı siz həqiqətən azad bir fərdsiz və tanımadığınız bir ölkədəsiniz, sizin etdiklərinizi qınayacaq bir cəmiyyət olmayacaq. səyahətinizdən zövq almağa çalışın.

Əlbəttə təkbaşına edilən səyahətin çətinlikləri də vardır. Ən önəmlisi hər kəsdən ehtiyyat etməlisiniz. Tanımadığınız bir ölkədəsiniz və yanınızda güvəndiyiniz heç kəs yoxdur. Hər cür insanla qarşılaşa bilərsiniz. Bundan başqa əgər az bir büdcə ilə səyahət edirsinizsə, qonaqlayacağınız hosteldə büdcənizə uyğun otaq tapa bilməsəniz 4, 6 və ya 10 nəfərlik otaqlarda qalmalı olacaqsınız.

Hər iki halda səyahətdən zövq al. Ətrafımızda elə insanlar da vardır ki, hər iki halda səyahət etməkdən zövq alırlar. Onlar üçün ən önəmlisi kim ilə və ya təkbaşna edilən səyahət deyildir. Onlar hər iki halda istədiklərini edə bilirlər. Əlbətdə üzləşdikləri bəzi çətinliklər olur və bunları üstün cəhət halına gətirib öz səyahətlərindən zövq alırlar.

Ümid edirəm siz də hər iki halda səyahətinizdən zövq alarsınız.

Ənvər Məmmədli

li

 

Author: Anvar Mammadli

Hər birimiz uşaq vaxtlarımızdan ətrafımızı kəşf etməyə başlayırıq. İlk öncə toxunuruq, qoxlayırıq, dadırıq və bir müddət sonra isə yeni kəşflərin arxasıyca gedirik. Həyatımızı bir qayə üzərində qurub və şəkilləndiririk. Yeni bilgilər əldə edinirik və əlbəttə ki bununla yetinmirik. Daha çox oxuyuruq, daha çox öyrənirik. Lakin bir nöqtədən sonra oxuduqlarımız, öyrəndiklərimiz bizim üçün yetərli gəlmir və artıq ətrafımızı gəzərək daha çox məlumatlara sahib olacağımızı düşünüb yollara rəvan oluruq... Mən Azərbaycanın ən qədim şəhərlərindən biri olan Şəki şəhərində anadan olmuşam. Çox şanslı biri olduğumu düşünürəm, çünki 4 yaşımdan sonra sərbəstliyin nə olduğunu dadmışam. Ailəm hər zaman sərbəst olmağım üçün hər cür şəraiti yaradıb. Uşaqlığım dağlarda keçib. Kiçik yaşlarımda babamla, sonralar isə dostlarımla dağlarda olmuşam. Əlbəttə başqa rayonlara ailəmlə birlikdə gəzintilərə getmişəm. Ancaq daha da sərbəst vaxtlarım Universitetə qəbul olduqdan sonra başlayıb. Azərbaycanda sadəcə Naxçıvan və Qarabağda olmamışam. Bunu yazmağıma səbəb isə yeni yerlər kəşf etmək istəyən insanlardır, hansıki yeni yerlər, yeni ölkələr kəşf etmək istəyirlər. Məsləhətim ilk öncə öz vətəninizin hər bir qarış torpağında olmanızdır. Hər insan. hər bir yer sizin üçün yeniliklərə qapı açacaqdır. Lakin bir şeyi unutmayın "Carpe Diem" Latıncadan tərcümədə anı yaşamaqdır. Dünyanın harasında olursanız olun, lakin anı yaşamağı unutmayın.

2 thoughts on “Təkbaşına səyahət etməyin görünən və görünməyən cəhətləri”

  1. You can start your own blog, and also you can touch upon other people’s blogs likewise.
    Make sure your comments are constructive, don’t spam the blogs.
    The higher your page rank, exterior lights valuable your websites are. https://jom.fun/

  2. You can start your own blog, and also you can touch upon other
    people’s blogs likewise. Make sure your comments are constructive, don’t spam the
    blogs. The higher your page rank, exterior lights valuable your
    websites are. https://jom.fun/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *